Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb.
Bizim.Media-nın məlumatına görə, proqramın açılış mərasimində çıxış edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, “İxtisasartırma proqramları 2007-2021-ci illəri əhatə edən müddət ərzində 6000-dək diplomat və müxtəlif dövlət qurumlarımı təmsil edən peşəkarlar üçün təlim proqramları və seminarlar təşkil edib.
Diqqətə çatdırılıb ki, bu gündən etibarən başlayan və bilavasitə tələbələr üçün nəzərdə tutulan proqram ərzində ADA Universitetinin professor-müəllim heyəti iştirakçılara yalnız nəzəri deyil, eyni zamanda praktiki bacarıqlar da ötürəcəklər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, media sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin, istifadəçilərin media savadlılığının artırılmasıdır.
Qeyd olunub ki, seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:59 / 29.11.2021
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başladı - FOTO
Hazırda oxunan: MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başladı - FOTO
Hazırda oxunan: MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başladı - FOTO
0:00
0:00
48229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.