Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT: “Azyaşlıları nəzarətsiz qoymayın”

Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT: “Azyaşlıları nəzarətsiz qoymayın”

Hazırda oxunan: Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT: “Azyaşlıları nəzarətsiz qoymayın”

48179

Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan statistik təhlili göstərir ki, respublika ərazisində baş verən yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür.

Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.

Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.

Nazirlik qeyd olunanlarla bağlı vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladıb:

- Elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin;

- Standartlara uyğun olmayan qaz cihazlarından istifadə zəhərlənmə, yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin;

- Elektrik xətlərini və uzadıcılarını həddindən artıq yükləməyin;

- Elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin;

- Mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın; 

- Mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın;

- Uşaqların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin;

- Azyaşlıları nəzarətsiz qoymayın;

- Tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın;

Təhlükə zamanı 112-yə zəng vurun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO