Ümumdünya futbol günü və Anatoli Banişevski - FOTO

Ümumdünya futbol günü və Anatoli Banişevski - FOTO

Hazırda oxunan: Ümumdünya futbol günü və Anatoli Banişevski - FOTO

4804

Ümumdünya futbol günündə Ukrayna əsilli Azərbaycan futbolçusunun xatirəsini anırıq.

Bizim.Media xəbər verir ki, bu gün əfsanəvi futbolçumuz Banişevskinin ölümündən 23 il ötür.

1946-cı il fevralın 23-də doğulan Banişevski Ukrayna əsillidir, amma kökü Polşaya gedib, çıxır. Uşaq futboluna Bakı Lokomotivində başlayıb. Neftyanik (indiki Neftçi) klubunun baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov Banyanın oyununu görüb, bəyənirlər. Çünki 4-3 qazandıqları matçda Anatoli hetrik etmişdi. 1963-cü ildə Neftçinin əsas heyətinə düşən ulduz futbolçu 1966-cı ildə klubu SSRİ üçüncüsü edənlərdən biridir.

Həmin il ulu öndər Heydər Əliyev uğuruna görə futbolçuya mənzil hədiyyə etmişdi.




Sovet İttifaqının yığmasında da nailiyyətləri çoxdur. 1983-cü ildə məşqçilik karyerasına başlayan Banişevski sonradan işini Burkina Fasoda davam etdirib. Şəkərli diabetdən əziyyət çəkən əfsanəvi futbolçu və məşqçimiz 1997-ci il, dekabrın 10-da Bakıda vəfat edib.

Qeyd edək ki, dekabrın 10-u həm də Ümumdünya Futbol günü kimi qeyd olunur. Bu bayram BMT-nin qərarına əsasən təsis edilib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO