Kürdəmirdə mikroavtobus qəzasında yaralananların sayı 10-a çatdı – ADLAR

Kürdəmirdə mikroavtobus qəzasında yaralananların sayı 10-a çatdı – ADLAR

Hazırda oxunan: Kürdəmirdə mikroavtobus qəzasında yaralananların sayı 10-a çatdı – ADLAR

47967

Xəbər verdiyimiz kimi, Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Mercedes" markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb.

Bizim.Media xəbər verir ki, qəzada xəsarət alanların sayı 10-a çatıb. Bundan öncə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə mikroavtobus aşdı – 6 yaralı var - FOTO


Yaralanan şəxslər bunlardır:

Tərtər rayon sakini, 56 yaşlı İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri - 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri - 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Mizəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri - 33 yaşlı Mizəffərov Samir İldırım oğlu, 6 yaşlı Mizəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı, 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO