Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SƏBƏB

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SƏBƏB

Hazırda oxunan: Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SƏBƏB

47899

Noyabrın 27-də saat 08:00-dan noyabrın 28-i saat 18:00-a kimi Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, bununla əlaqədar 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Belə ki, 1 nömrəli marşrut üzrə avtobuslar Heydər Əliyev prospekti əsas yolla – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə, 13 nömrəli marşrut Heydər Əliyev prospekti əsas yolla – Koroğlu Rəhimov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə, 38 nömrəli marşrut Heydər Əliyev prospekti əsas yolla – Koroğlu Rəhimov küçəsi – Təbriz küçəsi (Nəriman Nərimanov m/st), daha sonra öz hərəkət sxemi üzrə, M8 nömrəli marşrut Heydər Əliyev prospekti əsas yolla – Koroğlu Rəhimov küçəsi – Təbriz küçəsi (Nəriman Nərimanov m/st) – Əhməd Rəcəbli küçəsi – F.Xoyski küçəsi – Ağa Nemətulla küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Həmçinin 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrutların Heydər Əliyev prospekti əsas yolla hərəkəti zamanı Heydər Əliyev prospekti köməkçi yolda yerləşən 8 ədəd dayanacaq məntəqəsində (5 saylı ASAN Xidmət, Sofaz Tower, Milli Gəlirlər Departamenti, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Mərkəzi İncəsənət Məktəbi, Uşaq Reabilitasiya Mərkəzi, Heydər Əliyev Mərkəzi) dayanmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO