Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə şam ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Türkiyə prezidenti və xanımı Əminə Ərdoğan 9-10 dekabr tarixlərində Bakıda olacaqlar.
Türkiyə lideri sabah Bakıda keçiriləcək Zəfər paradında iştirak edəcək.
Bizim.Media