Əməkdar artist ölümün bir addımlığından döndü

Əməkdar artist ölümün bir addımlığından döndü

Hazırda oxunan: Əməkdar artist ölümün bir addımlığından döndü

47793

Əməkdar artist, məşhur gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) dünən axşam saatlarında ölümün bir addımlığından dönüb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, xoşagəlməz olay “Vosmoy”dakı  restoranların birində baş verib. Belə ki, polis generallarından birinin təşkil etdiyi ziyafətdə qonaq qismində iştirak edən tanınmış gitara ifaçısının səhhəti qəfildən kəskin surətdə pisləşib. Gözlənilmədən boğulmağa başlayan gitara ustası vəziyyətinin kritikliyini diqqətə çatdırmaq üçün qışqıraraq ətrafdakıları köməyə çağırıb. Məclis iştirakçılarının müdaxiləsindən və göstərilən ilkin yardımdan sonra sevimli sənətkarın durumu yaxşılaşıb. Məclis iştirakçılarına qorxulu anlar yaşadan gitara ifaçısı baş verən məlum olaydan sonra ziyafəti tərk edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO