Məhkəmədən Kəmaləddin Heydərovun imzasına hörmətsizlik

Məhkəmədən Kəmaləddin Heydərovun imzasına hörmətsizlik

Hazırda oxunan: Məhkəmədən Kəmaləddin Heydərovun imzasına hörmətsizlik

47767

Həkim-publisist, dörd uşaq anası Fazilə Səlimova Moderator.az-a müraciət edərək, hüquqlarının müdafiə olunması üçün yardım istəyib.  F. Səlimovanın sözlərinə görə, 36 il  yaşadığı və qeydiyyatda olduğu evini qayını Namiq Rəhimli sökməklə hədələyir. Fazilə xanımın bildirdiyinə görə, evin hər bir sənədi var. Ev dövlətə məxsus torpaqda yerləşir. Evə Fazilə xanım və onun yoldaşı qeydiyyatda olub. Lakin N. Rəhimli ayrıca 5 otaqlı evini boşandığı ailəsinə verərək, bu evdə 2004-cü ildə qeydiyyata düşüb.  Tez-tez ev üstündə mübahisə edən Namiq bir dəfə qardaşını və onun həyat yoldaşı Fazilə Səlimovanı bıçaqlayıb. “Yuxarıda” adamı olduğu iddia edilən N.Rəhimlinin evlə bağlı iddiasınıd avam etdirməsi nəticəsində ev hüquq-mühafizə orqanları tərəfindən iki hissəyə bölünür. Lakin evin yerləşdiyi torpaq olan ərazi isə hələ ki, bölünməmiş olaraq qalır. Namiq Rəhimli isə aparılan bölgüdən razı qalmayıb.

Fazilə xanımın yoldaşı və Namiq Rəhimlinin qardaşı  naməlum şəkildə itkin düşüb və indiyə qədər də haqqında heç bir məlumat yoxdur.  Üstündən illər keçsə də, itkin düşən qardaş haqqında heç bir xəbər gəlməyib.  Fazilə xanım 4 uşaqla taleyin ümüdünə qalıb və onları oxutdurub, boya başa çatdırıb. Lakin bütün bu illər Namiq Rəhimli qardaşının ailəsini rahat yaşamasına imkan verməyib. N.Rəhimli evin sökülməsi tələbi ilə bir sıra əlaqədar quruma müraciət edir. Şəhərsalma və Yaşıllaşdırma İdarəsi, eləcə də Fövqəladə Hallar Nazirliyi ötən ilin may-iyun aylarında evin sökülməsinin mümkün olmaması haqqında qəti qərar çıxarır.  Lakin N. Rəhimli bu kəs məhkəməyə üz tutur. Həm Şəhərsalma və Yaşıllaşdırma İdarəsinin,  eləcə də Fövqəladə Hallar Nazirliyinin qəti əmri olsa da, 2013-cü ilin sentyabr ayında  məhkəməyə hakimlik edən Fərrux Qasımov evin sökülməsinə icazə verir. Daha sonra Namiq Rəhimli soruşdurma zamanı bildirir ki, onun arxasında millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov durur. İddiaya görə, məhz onun köməkliyi ilə bütün məhkəmələrə yol tapmaq, qeyri-qanuni məhkəmə qərarları əldə etmək mümkün olub. Fövqəladə Hallar Nazirliyinin naziri Kəmaləddin Heydərovun imzası ilə evin sökülməməsinə dair verilən qərarı məhkəmə təkzib edərək, evin sökülməsinə qərar verir. 

Fazilə xanim Apellyasiya Məhkəməsinə müraciət etsə də, Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov  apellyasiyanı qəbul etmir. Əksinə Fazilə xanıma qarşı 500 manat təzminat davası açılır. Nə üçün və niyəsi məlum deyil. Hazırda 10 gün ərzində məhkəmənin təyin etdiyi məbləği qarşı tərəfə vermək və evin sökülməsinə maneə törətməmək kimi qərar qəbul edilib. Əks halda Fazilə Səlimovaya qarşı 354-cü maddə ilə cinayət işi açılacağı bildirilib.

Xatırladaq ki, məhkəmə prosesi gedə-gedə  Namiq Rəhimli bir az əvvəl qeyd etdiyimiz kimi bölgüsü hələ ki, aparılmayan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni surətdə,  sənədsiz satıb. Hazırda həmin sahədə başqa adam yaşayır.  Bununla yanaşı, Respublika Klinik Xəstəxanasını nefrologiya şöbəsinin həkimi Fazilə Səlimova mütəmadi olaraq N. Rəhimli tərəfindən iş yerində təhqiredici sözlərlə dolu teleqramlar alır. Fazilə xanımın bütün hüquqları tapdanmasına, şərəf və ləyaqətinin ayaqlar altına alınmasına rəğmən Namiq Rəhimli kimlərinsə himayəsi ilə məhkəmədə qalib gəlir.

Fazilə xanım məhkəmələrin qərarına məhəl qoymadıqları Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşmək istəyir və adiyyatı orqanlardan bu işi heç bir vəzifəli şəxsin himayədarlığı olmadan həll edilməsini tələb edir. 

Qeyd edək ki, BMM də "QAFQAZ MEDİA"İB-nin təşkilatçılığı ilə həkim-publisist Fazilə Səlimovanın mətbuat konfransı belə keçirilib. Onun hüquqlarının tapdandığı, şərəf və ləyaqətinin təhqir olunduğu bildirilib. Maraqlıdır ki, ictimaiyyətdən yardım istəyən həkimə heç bir yardım göstərilməyib.  Konfransda bir çox mətbuat nümayəndələri iştirak etsə də, nədənsə, həmin mətbuat konfransı heç bir mətbu orqanda işiqlandırılmayıb.F.Səlimova isə hələ də ədalətinq alib gələcəyinə ümidli olduğunu bildirir.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO