Azərbaycanda 40 qadın ÖLDÜRÜLÜB  - Qadın cinayətlərinin STATİSTİKASI

Azərbaycanda 40 qadın ÖLDÜRÜLÜB  - Qadın cinayətlərinin STATİSTİKASI

Hazırda oxunan: Azərbaycanda 40 qadın ÖLDÜRÜLÜB  - Qadın cinayətlərinin STATİSTİKASI

0:00
0:00
47608

Bu gün - 25 noyabr Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günüdür.

Ümumilikdə, Azərbaycanda qadınlara qarşı zorakılıq hallarına qonşu ölkələrə müqayisədə çox rast gəlinməsə də, bəzən bu cür hallar mətbuatın radarına düşməyi bacarır.

Digər müsbət nüans isə, ölkəmizdə gender bərabərsizliyi, qadınların səlahiyyətlərinin artırılması indeksi kimi göstəricilərdə ötən illərlə müqayisədə artım müşahidə olunur. Təəssüflər olsun ki, ölkəmizdə qadınlara qarşı zorakılıq hallarının azalmasında böyük irəliləyişlərə nail olunmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəbli qızı maşına mindirərək oğurlamaq istədilər


Lakin, ümumilikdə, Azərbaycanda qadınlara qarşı törədilmiş cinayətlərin sayında azalma müşahidə olunur.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 2021-ci ilin birinci yarısı üçün dərc olunan göstəricilərə görə, müvafiq dövrdə Azərbaycanda qadınlara qarşı 1231 cinayət faktı qeydə alınıb. Bu rəqəm ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 7,7% azdır.

Dövlət Satatisika Komitəsi tərəfindən aparılan hesabalamalara görə, 2020-ci ildə törədilən cinayətlərdə zərərçəkmiş kimi qeydə alınan qadınların sayı 5640 nəfər təşkil edib. Bu cinayətlər nəticəsində isə 264 qadın dünyasını dəyişib. Zərərçəkmişlərdən 163 qadın ehtiyatsızlıqdan baş vermiş cinayətlər, 78-i qəsdən adam öldürmə, 1 nəfər isə qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində həyatlarını itirib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə baş verən cinayətlər nəticəsində öldürülən kişilərin sayı 718-ə bərabərdir.

Qadınlarlara qarşı törədilən cinayətlər içərisində məişət zorakılığı qurbanlarının sayı üstünlük təşkil edir. Belə ki, 2020-ci il üzrə, DSK tərəfindən dərc olunan hesabatda məişət zorakılığı nəticəsində 987 nəfər qadın zərər çəkib. Ümumilikdə məişət zorakılığı qurbanlarının 68,5%-i qadınlardır. 

Onlardan 40 nəfərdən çoxu isə dünyasını dəyişib.

Müqayisə üçün bildirək ki, məişət zorakılığı nəticəsində zərərçəkmiş kişilər 313 nəfərdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO