Qusarda şəhidə həsr olunan \

Qusarda şəhidə həsr olunan \"Çingiz dastanı\" dramı nümayiş olundu - FOTO

Hazırda oxunan: Qusarda şəhidə həsr olunan \"Çingiz dastanı\" dramı nümayiş olundu - FOTO

47500

Qusar Dövlət Ləzgi Dram Teatrı bu gün yerli tamaşaçılara Abdulla Qurbaninin "Çingiz dastanı" dramını təqdim edib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun həyatından bəhs edən əsər şəhidin bu gün qeyd edilən doğum günü ilə bağlı göstərilib.

Tamaşadan əvvəl Qusar ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, döyüşçülər və qazilər Çingiz Qurbanovun Qusar Şəhidlər Xiyabanındakı məzarını və adını daşıyan küçədəki xatirə barelyefini ziyarət ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada şəhidin adı təhsil ocağına verildi - FOTO


"Çingiz dastanı" dramının bugünkü tamaşaçıları, əsasən şəhid ailələri və döyüşçülər olub.

Qeyd edək ki, Azərbaycan Milli Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Çingiz Salman oğlu Qurbanov Tovuzda qulluq edib. O 2016-cı il dekabr ayının 29-da erməni təxribatının qarşısını alarkən kəşfiyyatçı kimi şəhid olub. Çingizin nəşi təxminən 40 gün düşmən tərəfdə qalıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı danışıqlardan sonra igid əsgərin meyiti fevralın 5-də Qazax rayonu ərazisində Azərbaycan tərəfə təhvil verilib.

Şəhid əsgər 2017-ci il fevralın 6-da torpağa tapşırılıb. Qusarın Həzrə kəndində doğulub boya-başa çatan Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Aytəkin Alxaslı, Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO