Qubada şəhidin adı təhsil ocağına verildi - FOTO

Qubada şəhidin adı təhsil ocağına verildi - FOTO

Hazırda oxunan: Qubada şəhidin adı təhsil ocağına verildi - FOTO

47389

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun adının Quba şəhərindəki tisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə verilməsinə həsr edilən mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir iştirakçıları  əvvəlcə Şahin Allahyarovun Zizik kənd qəbristanlığındakı məzarını ziyarət ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubada şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı oldu - FOTO


Mərasimdə çıxış edən Quba rayonun icra başçısının birinci müavini Tariyel İbrahimov Dövlət Sərhəd Xidmətinin baş giziri olmuş Şahin Allahyarovun Vətən müharibəsində  xüsusi şücaət göstərdiyini bildirib.

O, qeyd edib ki,Şahin Allahyarov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 
Həmçinin, Qubadakı şahmat məktəbinə şəhidin adı verilib.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov  ölümündən sonra  sosial şəbəkələrdə həyat yoldaşına etdiyi vəsiyyətlə yadda qalıb.

O, oğlu olarsa, öz adının qoyulmasını tapşırmışdı. Həyat yoldaşı şəhidin vəsiyyətinə əməl edərək, yeni doğulan körpəsinə Şahin adını vermişdi. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO