"Yeni Klinika”nın sabiq direktorunun məhkəməsində vəkillər çıxış etdi

Hazırda oxunan: "Yeni Klinika”nın sabiq direktorunun məhkəməsində vəkillər çıxış etdi

47361

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir

Mirzəyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən S.Mirzəyevin vəkili müdafiə çıxışı edib.

O, müvəkkili barəsində ittihamları qəbul etmədiyini deyərək bildirib ki, S.Mirzəyev rüşvət ittihamı ilə yox, dələduzluq maddəsi ilə ittiham olunmalıdır.

Daha sonra təqsirləndirilən V.Əliyevanın vəkili müdafiə çıxışı edib. O, müvəkkilinin hamilə olduğunu nəzərə alaraq barəsində həbs cəzasının verilməməsini istəyib.

Növbəti proses noyabrın 30-na təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO