Gəncədə

Gəncədə "sosial ev"lərin satışına başlanıldı – QİYMƏTLƏR

Hazırda oxunan: Gəncədə "sosial ev"lərin satışına başlanıldı – QİYMƏTLƏR

0:00
0:00
47224

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır.

Bu barədə Bizim.Media-ya Agentlikdən bildirilib.

Məlumata görə, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksinin 8 saylı binası üzrə 33, 9 saylı binası üzrə 34, 10 saylı binası üzrə 11, 11 saylı binası üzrə 14, 12 saylı binası üzrə 15, 15 saylı binası üzrə 44 və 18 saylı binası üzrə 37 mənzilin, ümumilikdə 188 mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-a qədər davam edəcək.
 

Satışa ümumilikdə 188 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.


2 otaqlı mənzillərin qiyməti – 48 263 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 63 521 manatdan, 4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək. Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO