Xüsusi təyinatlılar Naxçıvanda terrorla mübarizə üzrə təlim keçdi - VİDEO

Xüsusi təyinatlılar Naxçıvanda terrorla mübarizə üzrə təlim keçdi - VİDEO

Hazırda oxunan: Xüsusi təyinatlılar Naxçıvanda terrorla mübarizə üzrə təlim keçdi - VİDEO

0:00
0:00
47164

Əlahiddə Ümumqoşun Orduda növbəti taktiki-xüsusi təlim keçirilib.

Bizim.Media xəbər verir ki, xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.

Taktiki-xüsusi təlimin ssenarisinə uyğun olaraq pilotsuz uçuş aparatlarından və digər kəşfiyyat vasitələrindən əldə edilmiş məlumata əsasən düşmənin xüsusi hazırlıq keçmiş terror qruplaşmaları dinc və sabitlik şəraitində yaşayan insanlara qarşı təxribat törətmək üçün silah-sursat anbarlarına qanunsuz daşıma fəaliyyəti həyata keçirirlər.

Təxribata hazırlaşan terror qruplaşmasının rəhbərinin sağ olaraq ələ keçirilməsi və dinc insanları hədəf alan silah-sursat anbarlarının aşkarlanaraq məhv edilməsi məqsədilə xüsusi təyinatlı bölmələrimiz antiterror əməliyyatına başlayır.

Əməliyyat rayonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri digər istiqamətdə xüsusi həmlə qrupumuz tərəfindən pusquya salınır və sağ olaraq ələ keçirilir.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO