Bank kartından oğurladıqları 27 min dolları virtual oyunlara xərcləyən “gamer”lər SAXLANILDI - VİDEO

Bank kartından oğurladıqları 27 min dolları virtual oyunlara xərcləyən “gamer”lər SAXLANILDI - VİDEO

Hazırda oxunan: Bank kartından oğurladıqları 27 min dolları virtual oyunlara xərcləyən “gamer”lər SAXLANILDI - VİDEO

0:00
0:00
47156

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. 

Bizim.Media xəbər verir ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər.
 

Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər. Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.


Qeyd edilən faktla bağlı Zöhrab Əliyev və Orxan Qafarov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO