19 yaşlı şəhidin atası: “Yolunu gözləyən sevgilisi vardı...”

19 yaşlı şəhidin atası: “Yolunu gözləyən sevgilisi vardı...”

Hazırda oxunan: 19 yaşlı şəhidin atası: “Yolunu gözləyən sevgilisi vardı...”

47152

“Səhər 11-də özü ilə danışdım. Dedi ata hər şey yaxşıdır. Mənimlə fəxr edəcəksən, şəhid olacağam”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında noyabrın 16-da Kəlbəcər istiqamətində Ermənistanın törətdiyi təxribatların qarşısını alan zaman şəhid olan əsgər Elmin Əlizadənin atası Samir Əlizadə söyləyib.

Şəhid atası övladıyla qürur duyduğunu, onu daima qəlbində yaşadacağını bildirdi:

“7 ay 15 günün əsgəri idi. Oğlum vətənini çox sevirdi. Son dəfə danışanda da mənimlə fəxr edəcəksən, çünki şəhid olacağam dedi. Düzdür, övlad itkisi acıdır. Amma mən bu gün oğlumun da dediyi kimi onunla fəxr edirəm, qanı, canı bahasına da olsa vətənini qorudu”.

Şəhid Əlizadə Elminin atası həmçinin onun yolunu gözləyən sevdiyinin də olduğunu diqqətimizə çatdırdı: 

“Mənlə danışmırdı bu mövzuda. Amma anası, bacısı ilə danışardı, dərdləşərdi. Bildiyimiz məlumata görə sevdiyi, yolunu gözləyən biri var idi”.

Qeyd edək ki, Ağdamdan məcburi köçkün olan 19 yaşlı şəhidimiz, əsgər Əlizadə Elmin Samir oğlu Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO