FHN-dən dəm qazı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

FHN-dən dəm qazı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Hazırda oxunan: FHN-dən dəm qazı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

47136

“Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini yaradır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Fövqəladə Hallar Nazirliyinin (FHN0 dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciətində yer alıb.

Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır: qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı və tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Qeyd olunub ki, dəm qazı iysizdir, hiss edilmir. Dəm qazından zəhərlənmənin əlamətləri baş ağrısı, baş gicəllənməsi, ürək bulanması və  halsızlıqdır.

“Dəm qazından zəhərlənmə baş verdikdə dərhal insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır”, - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO