Sumqayıt bu gün şəhər olmağının 72 yaşını qeyd edir

Sumqayıt bu gün şəhər olmağının 72 yaşını qeyd edir

Hazırda oxunan: Sumqayıt bu gün şəhər olmağının 72 yaşını qeyd edir

47077

1949-cu il, noyabrın 22-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Bu şəhərin əsası 1938-ci ildə Xəzər sahilində istilik elektrik stansiyası tikintisindən başlanıb. 1941-ci ildə şəhərin tikintisində fasilə yaranıb və bu işlər yalnız 1944-cü ildə, Böyük Vətən Müharibəsinin sonunda bərpa edilib.

Bizim.Media xəbər verir ki, tarixçilər tərəfindən sübut olunub ki, eradan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midiya tayfalarının yaşayış məskəni olub. 

İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkarlanıb və beləliklə bu yerdə qədim şəhərciyin yerləşdiyi məlum olub. Şəhərin adıyla bağlı əfsanələr var:

“Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc olub - Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa gedib və bədbəxt hadisəni hiss edən Ceyran “ Sum qayıt, Sum qayıt”, - deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışıb”.

Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki:

“Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda isə yenə canlanır.”
 

Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilib. Fransız yazıçısı A.Düma 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz etməkdədir.


Sumqayıt Bakı və Gəncədən sonra Azərbaycanın üçüncü ən böyük şəhəridir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO