"Qara Cümə"ni Azərbaycanda "qara günə" qoyublar – ENDİRİM saxtakarlıqları 

Hazırda oxunan: "Qara Cümə"ni Azərbaycanda "qara günə" qoyublar – ENDİRİM saxtakarlıqları 

47066

Amerikada və digər Avropa ölkələrində hər ilin noyabr ayının 4-cü cümə günündə böyük endirim kampaniyalarını özündə ehtiva edən "Black Friday" yarmarkası keçilir. Hətta bir çox insan hər il səbrsizliklə bu günü gözləyərək, istədikləri geyim və əşyaları uyğun qiymətə ala bilirlər. 

Lakin təəssüf ki, ölkəmizdə bu kampaniya düzgün şəkildə icra olunmur. Lap iqtisadi ekspert Natiq Cəfərlinin Bizim.Media-ya verdiyi açıqlamada söylədiyi kimi:
 

MÖVZU İLƏ BAĞLI:

Belə bir bayrama niyə “Qara Cümə” adı veriblər? - TƏFƏRRÜAT


"Bizdə "Qara Cümə"dən öncə qiymətləri qiymət kağızlarında artırırlar. Və həmin gün o qiymətlərin üzərindən qələmlə xətt çəkib, altdan yeni qiymətlər yazırlar. Bununla da malın qiyməti faktiki satış qiymətinə düşür". 

Ekspert həmçinin bu vəziyyətin yaranma səbəblərini də diqqətə çatdırdı:

"Azərbaycanda böyük xarici brendlərin təmsilçiləri fəaliyyət göstərmir və nümayəndəlikləri yoxdur. Onlar yerli şirkətlərin dillerləri vasitəsilə ölkədəki bazara çıxırlar.  Dillerlər endirim kampaniyaları ilə bağlı özləri qərar verirlər. Buna görə də dünyada ajiotaja səbəb olan, izdihamla keçirilən "Qara Cümə" günləri Azərbaycanda təkrarlanmır". 

Natiq Cəfərli bu kampaniyanın ölkəmizdə düzgün tənzimlənməsi, inkişafı üçün lazım olan məsələləri açıqladı:

"Bu dərin məsələdir. Çünki Azərbaycan öncəliklə "Ümumdünya Ticarət Təşkilatı"na üzv olmalıdır ki, həmin şirkətlərin birbaşa nümayəndəliklərinin ölkəmizdə olması asanlaşsın. Bundan sonra "Adidas" firması Amerikada necə fəaliyyət göstərirsə, kampaniyalar edirsə, Bakıda da eyni qaydalar keçərli olacaq. Lakin hazırda isə yerli nümayəndəliklərin qoyduğu qiymət siyasəti ilə alış-veriş etmək məcburiyyətindəyik".

Qeyd edək ki, “Qara cümə” adlanan endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları cəlb edir və bonus, hədiyyələrlə mükafatlandırırdılar.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO