Xəbər verdiyimiz kimi, bu gün Şamaxı ərazisində iki zəlzələ qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya bildirilib ki, zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə dağıntı və tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda gün ərzində ikinci zəlzələ - 4 bala qədər hiss edilib
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində - Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.
Bizim.Media