Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu

Hazırda oxunan: Azərbaycanda güclü zəlzələ oldu

46921

Bir neçə dəqiqə öncə Azərbaycan ərazisində zəlzələ olub.

Bizim.Media xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələ bir çox rayonlarda hiss olunub.

"Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub" - deyə Q.Yetirmişli əlavə edib.

Qeyd edək ki, sosial media istifadəçiləri Bakı, Sumqayıt, Quba, Xaçmaz, Şamaxı, Ağsu, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər ərazilərdə hiss edildiyini yazıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO