İTV-nin prezidenti YENİ VƏZİFƏYƏ təyin edildi

İTV-nin prezidenti YENİ VƏZİFƏYƏ təyin edildi

Hazırda oxunan: İTV-nin prezidenti YENİ VƏZİFƏYƏ təyin edildi

0:00
0:00
46919

Noyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Tədbirdə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib.

Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balaş Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilib.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balaş Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər. Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO