Bu gün Qubanın ən qədim kəndlərindən olan Alpan kəndində Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş kompleksin açılışı olub.
Bizim.Media xəbər verir ki, "Qəhrəman şəhidlərimiz" başlığı altında inşa edilmiş Xatirə kompleksində Alpan kəndindən 16, Uzunmeşə kəndindən 2, Kürkün kəndindən 1 şəhidin adı əbədiləşdirilib.
Xatirə kompleksi şəhid ataları Vidadi Balayevlə Murtuz Muxtarovun təşəbbüsü ilə tikilib. Bu təşəbbüsü kəndin digər şəhid ailələri, rayon rəhbərliyi, türk iş adamları dəstəkləyib.
Açılış mərasimində Quba İH başçısı Ziyəddin Əliyev, DTX-nin Quba rayon şöbəsinin rəisi Elcan Süleymanov,digər inzibati orqan rəhbərləri, Türkiyənin Müstəqil Sənayeçi İş adamları Dərnəyinin Azərbaycan nümayəndəliyinin təmsilçiləri, sakinlər, hərbçilər və məktəblilər iştirak edib.
Quba İH başçısı Ziyəddin Əliyev çıxışında Alpan kəndini hərbçilər kəndi adlandırıb.
Türkiyənin Müstəqil Sənayeçi İş adamları Dərnəyinin Azərbaycan nümayəndəliyinin rəsmisi Rəşad Cabirli çıxışında Xatirə kompleksinin inşasında əməyi olan hər kəsə təşəkkür edib.
Sonra rayon rəsmiləri və türkiyəli iş adamları Susay kəndində 1918-ci ildə ermənilərin hücumu zamanı həlak olmuş naməlum türk əsgərinin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra naməlum türk əsgərinin qəbirüstü abidəsinin yanında müxtəlif cinsli ağaclar əkilib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:06 / 20.11.2021
Qubada şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı oldu - FOTO
Hazırda oxunan: Qubada şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı oldu - FOTO
Hazırda oxunan: Qubada şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı oldu - FOTO
46904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.