Vilayət Eyvazov müşavirə keçirib, tapşırıqlar verdi - FOTO

Vilayət Eyvazov müşavirə keçirib, tapşırıqlar verdi - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov müşavirə keçirib, tapşırıqlar verdi - FOTO

46883

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daxili İşlər orqanlarında YENİ TƏYİNAT


Böyük zəfərlə başa çatmış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müşavirəni açan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlanılan və möhtəşəm qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində DİN Daxili Qoşunlarının hərbi qulluqçuları da qəhrəmancasına iştirak edərək adlarını DİN-in tarixi salnaməsinə qızıl hərflərlə yazıblar.

Nazir qeyd edib ki, bu müharibədə Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb. Göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı”, 985 nəfəri isə müxtəlif orden və medallarla təltif edilib. Müharibədən sonrakı ötən bir il ərzində şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilib, qazilərimiz diqqət mərkəzində saxlanılıb:
 

“Hazırda işğaldan azad olunmuş ərazilərdə polis əməkdaşları ilə birlikdə Daxili Qoşunların hərbi qulluqçuları da xidmət aparır, təhlükəsizlik tədbirlərinin təmin olunmasında fəal iştirak edirlər”.


Hərbi qulluqçulara tapşırıq və tövsiyələrini verən Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən ali diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, eləcə də işğaldan azad edilən ərazilərdə öz nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO