Oktyabrın 7-də alkoqolizmdən müalicə almaq üçün Maştağa Narkoloji Dispanserə yerləşdirilən yazıçı jurnalist Kəramət Böyükçöldən xəbər var.
Dispanserdən çıxdıqdan sonra yazıçı səhhətində yaranan problemlərə görə müalicəsinə ev şəraitində davam etdirir. Kəramət Böyükçölün son vəziyyəti haqqında maraqlanmaq üçün əvvəl yazıçının atası, şair Qəşəm Nəcəfzadəyə müraciət etdik.
MÖVZU İLƏ BAĞLI:
Atası Kəramət Böyükçölün son vəziyyətindən DANIŞDI – “Heç bir əlaqə qura bilmirik”
O, Bizim.Media-ya açıqlamasında deyib ki, hazırda oğlunun vəziyyəti yaxşıdır.
“Hazırda Kəramətin vəziyyəti normaldır. Yanımda saxlayıram, nəzarətim altındadır. Bizə verdiyi sözü hələ ki, tutur. Spirtli içkidən istifadə etmir. Ailəsi olaraq biz hər zaman ona dəstək olmağa çalışırıq”.
Kərəmətin səhhəti ilə bağlı özü ilə də əlaqə yaratdıq. Lakin Kəramət Böyükçöl səhhəti ilə bağlı verdiyimiz suallardan yayınmağa çalışdı. O, media ilə təmasına bir müddət ara vermək istədiyini bildirib.
“Hər şey qaydasındadır. Sadəcə bir müddət saytlara açıqlama, müsahibə verməkdən uzaq qalmaq istəyirəm. Üzrlü sayın”,- deyə o, qeyd edib.
Səkinə Yusibli, Bizim.Media