Nazir “Zəfər yolu” müsabiqəsinin qaliblərini mükafatlandırdı - FOTO

Nazir “Zəfər yolu” müsabiqəsinin qaliblərini mükafatlandırdı - FOTO

Hazırda oxunan: Nazir “Zəfər yolu” müsabiqəsinin qaliblərini mükafatlandırdı - FOTO

46781

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev “Facebook”da məlumat verib.

“Şanlı qələbəmizin ildönümü münasibətilə təşkil edilmiş müsabiqənin bütün qaliblərini ürəkdən təbrik edirəm.  Qaliblər sırasında I yerə layiq görülmüş II Qarabağ Müharibəsinin iştirakçısı, şəhid, mayor Sübhi Mürsəliyevin qızı Aişə Mürsəliyeva da var idi. Müsabiqənin nəticələrinə əsasən deyə bilərik ki,  Azərbaycan təhsilinin, Azərbaycan məktəbinin yetişdirdiyi gənclərin Azərbaycan Ordusunun tarixi qələbəsi barədə məlumatlılıq səviyyəsi olduqca yüksəkdir”, - deyə nazir qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO