Uşağınızın əlilliyi varsa, erkən aşkarlayan mobil tətbiq bunu sizə bildirəcək - FOTO+VİDEO

Uşağınızın əlilliyi varsa, erkən aşkarlayan mobil tətbiq bunu sizə bildirəcək - FOTO+VİDEO

Hazırda oxunan: Uşağınızın əlilliyi varsa, erkən aşkarlayan mobil tətbiq bunu sizə bildirəcək - FOTO+VİDEO

46756

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə hazırlanan www.ovladinitani.az veb səhifəsi və “Övladını tanı” mobil tətbiqinin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, agentliyin idarə heyətinin sədri Vüqar Behbudov bildirib ki, layihə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, agentliyin sosial xidmət müəssisələrində bu gün 360-dan çox uşağa sosial xidmətlər göstərilir: 

“Bu gün təqdim olunan “Övladını tanı” mobil tətbiqi sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində hazırlanıb. Bu mobil tətbiq uşaqların əlilliyinin erkən aşkarlanması üçün aztəminatlı ailələrə dəstək rolunu oynayacaq”.

Mobil tətbiq vasitəsi ilə valideyn 6 yaşına qədər övladınının inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafı izləyə bilər:

“Tətbiq həm də gələcəkdə digər yaş kateqoriyasında olan uşaqlar üçün də istifadə olunacaq”.

Vüqar Behbudov qeyd edib ki, tətbiq həm Android, həm də İOS platforması üçün hazırlanıb. Valideyn tətbiqdə qeydiyyatdan keçərək bir neçə övladı üçün xüsusi otaq yarada bilər:

“Övladının məlumatlarını daxil etdikdən sonra inkişaf bölməsinə daxil olaraq yoxla düyməsini seçməklə onun yaşına uyğun olan suallara cavab verilir. Tətbiq bu cavablara uyğun olaraq uşağın inkişaf dərəcəsini hesablayır. Əgər hər hansı bir geriləmə varsa ona uyğun olaraq istifadəçiyə tapşırıqlar verir və inkişafın hansı sahələrdə zəif olduğu haqqında hesabat təqdim edir”.

Layihə Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən ərsəyə gətirilib.

Səkinə Yusibli, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO