Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Şamaxıya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə britaniyalı diplomat "Twitter" hesabında bildirib.
Ceyms Şarp səfər çərçivəsində "Azərxalça"nın Şamaxı şəhərindəki filialında olub.
"Şamaxıda "Azərxalça"nın filialında xalça kəsmə prosesini izləmək çox maraqlı idi: Azərbaycan xalçası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib", - deyə səfir müəssisəyə səfəri ilə bağlı təəssüratını paylaşıb.
Britaniyalı diplomat Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) mobil klinikalarında da olub.
"Böyük Britaniyanın maliyyələşdirdiyi Ümumdünya Səhiyyət Təşkilatının mobil klinikalarının Şamaxı ətrafında və kənd yerlərində səhiyyə xidmətləri göstərərək insanların həyatını xilas etməyə kömək etdiyini görmək sevindiricidir", - səfir paylaşımında qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:38 / 19.11.2021
Britaniya səfiri Şamaxıda xalça toxudu
Hazırda oxunan: Britaniya səfiri Şamaxıda xalça toxudu
Hazırda oxunan: Britaniya səfiri Şamaxıda xalça toxudu
46740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.