"Yaralı qolunun sarğısını açıb komandirinin başına bağladı" - daha bir şəhidin qəhrəmanlığı - VİDEO

Hazırda oxunan: "Yaralı qolunun sarğısını açıb komandirinin başına bağladı" - daha bir şəhidin qəhrəmanlığı - VİDEO

4674

"Bir döyüşçü üçün də ən böyük şərəf hədəfdə şəhid olmaqdır, Vüsal hədəfdə şəhid oldu”.

Bizim.Media xəbər verir ki, bu ifadələr bu gün ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində şəhid Vüsal Məmmədovun xatirələrindən danışarkən bildirilib.

Şəhidin dostu Etibar Hüseynov onu belə xatırlayıb: “Komandirlərindən bir söz var ki, Vüsalın sözünün qabağına söz deyən yox idi. Ona görə yox ki, Vüsaldan qorxurdular, ona görə ki, Vüsala hörmət edirdilər, rəğbət bəsləyirdilər".

"Tabor komandirləri yaralandı, Vüsal qolundakı bandajı açıb onun başına bağladı, amma halbuki öz qolundan qan fışqırırdı. Bir döyüşçü üçün də ən böyük şərəf hədəfdə şəhid olmaqdır, Vüsal hədəfdə şəhid oldu”.

Eyni zamanda şəhidin ailəsi də verlişdə onunla bağlı hisslərini bölüşüblər. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO