“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edildi - FOTO

“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edildi - FOTO

Hazırda oxunan: “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edildi - FOTO

46736

“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edilib.

Bizim.Media xəbər verir ki, Milli Gün çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla bin Tuq Əl Marri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib.

Görüşdə nazir “Dubay Ekspo 2020”yə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib, ikitərəfli əlaqələr, ölkəmizdə investisiya istiqamətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Daha sonra “Dubay Ekspo 2020”dəki “Al Wasl Plaza” meydanında rəsmi mərasim keçirilib. 

Tədbiri açan “Dubay Ekspo 2020”nin icraçı rəhbəri Issam Kazım sərgi çərçivəsində təşkil olunan Milli Gün münasibətilə təbriklərini çatdırıb. O, ölkəmizin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirib, Azərbaycan ilə BƏƏ arasında geniş iqtisadi və mədəni əlaqələrdən bəhs edib.

“Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin “Ekspo 2020” sərgisini yüksək səviyyədə təşkil etdiklərinə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə və xalqına təbriklərini çatdırıb.
 

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ortaq mədəni, tarixi və dini dəyərlərə malik olan BƏƏ ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. 


Tədbirdə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq, o cümlədən tarixi-mədəni abidələrin bərpası istiqamətində işlərdə fəal iştiraka dəvət edilib.

Daha sonra qonaqlar Azərbaycanın və BƏƏ-nin milli pavilyonları ilə tanış olublar.

Qeyd edək ki, pavilyonun landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltaraşlıq əsərləri ilə bəzədilib. Burada, həmçinin Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya, heykəltaraş Elvin Nəbizadənin "Kövrək saz" instalyasiyası, Leyla Əliyevanın “Ürək” heykəltaraşlıq əsəri, Faiq Əhmədin xalça motivlərində instalyasiyası da təqdim edilir.

Milli pavilyonda gün ərzində 10 mindən çox ziyarətçi olur. Sərgi çərçivəsində pavilyonun səhnəsində mütəmadi olaraq konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir, ziyarətçilərə Azərbaycanın tarixi və bugünkü həyatını yaxından izləmək imkanları yaradılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO