7 ŞƏHİDDƏN BİRİ: “Ana, şəhidlərin qanı hələ qurumayıb” - FOTO

7 ŞƏHİDDƏN BİRİ: “Ana, şəhidlərin qanı hələ qurumayıb” - FOTO

Hazırda oxunan: 7 ŞƏHİDDƏN BİRİ: “Ana, şəhidlərin qanı hələ qurumayıb” - FOTO

46655

Acı və eyni zamanda qürurlu bir gündə son mənzilə yola salınan 27 yaşlı Orxan Cabbarovu da şəhidliyindən sonra tanıdıq. 

O, noyabrın 16-da erməni terroçularının Kəlbəcər və Laçın istiqamətində sərhəddə törətdiklıri təxribatın yeddi qurbanından biridir. Orxan həm də II Qarabağ Müharibəsinin də qəhrəmanlarındandır. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Orxan Cabbarov Qubanın Şəhidlər Xiyabanında dəfn edildi – FOTO


Vətən müharibəsi bitdikdən sonra o, doğma ocağına qayıtmaq istəməyib və  hərbi xidmətini ön cəbhədə, Ermənistanla sərhəddə davam etməkdə israrlı olub.

Bu gün Orxan Cabbarov son mənzilinə yola salındı.

Bu gün Quba şəhidlər Xiyabanında igid qəhrəman Orxanın anası Zülfiyyə Cabbarova üçün ən hüzünlü gün idi. O, bu gün xınalı quzusunu əbədi olaraq uğrunda şəhid olduğu torpağa əbədi olaraq əmanət etdi. Ağır olsa da Zülfiyyə xanımdan oğlu Orxan barədə soruşuruq.

Şəhidlərə görə evlənməkdən imtina etmişdi

Ana deyir ki, oğlunu evləndirmək istəsə də o hər zaman bundan imtina edirdi:
 

“Müharibədən sonra mən də Orxanı evləndirib, nəvə sahibi olmaq istəyirdim. Getdiyim bütün yerlərdə oğluma layiqli bir qız axtarırdım. Bu fikrimi ona deyəndə qəti etiraz etdi, mənə dedi ki, hələ bu barədə düşünmək tezdir, şəhidlərimizin qanı qurumayıb”.


Döyüşdən əvvəl anasına zəng vurubmuş

Zülfiyyə ana göz yaşları içində sevimli Orxanının son zəngindən də danışıb. 

"Sonuncu dəfə danışanda səsi qırıq-qırıq gəlirdi. Mənə dedi ki, “Ana, narahat olma. Döyüşdəyik, hər şey bizim  xeyrimizədir, düşmənin postlarını darmadağın edirik və erməninin tam nəfəsini  kəsirik". 

Ana deyir ki, sanki şəhidlik zirvəsinə ucalacağını Orxan əvvəldən hiss edirdi. O, anası ilə sonuncu danışığında bildirib ki, hər şeyə hazır olsun. 
 

Beləcə, Kəlbəcər döyüşlərində Qubanın Davudoba kəndinin 27 yaşlı igidi, Azərbaycan Milli Ordusunun giziri Orxan Cabbarov anasına söylədiyi kimi, erməninin nəfəsini kəsdi, onun murdar ayağını müqəddəs Azərbaycan torpağına basmağa qoymadı və 6 döyüş yoldaşı ilə birgə şəhid oldu.


Öz hərbi maşını ilə ön sırada gedirdi

Ana gözyaşlarını silərək yenə oğlunu xatırlayır:

“Orxanın qulluq etdiyi hərbi hissədəki hərbçi yoldaşları deyir ki, "bu qubalı balası çox zəhmətkeş və vətənini sevən idi. Əvvəl BTR markalı zirehli döyüş maşınının sürücüsü idi, kurs keçib döyüş maşın komandiri oldu, son döyüşdə də BTR-i ilə irəlidə idi. Döyüşlər zamanı tuşlayıcı operatoru Elçin Əliyev və sürücüsü Vüqar Cahangirov isə  yaralandılar, indi onlar Gəncədə qospitaldadırlar".

İgid şəhidin atası Hətəm Cabbarov isə deyir ki, “Vətənə lazım olsa, torpaqlar uğrunda döyüşlərə mən də hazıram”.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO