Prezident sərəncam imzaladı - DTX və XKX-nin vəzifələri müəyyənləşdi

Prezident sərəncam imzaladı - DTX və XKX-nin vəzifələri müəyyənləşdi

Hazırda oxunan: Prezident sərəncam imzaladı - DTX və XKX-nin vəzifələri müəyyənləşdi

46650
 Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib.

Bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında" sərəncamında əksini tapıb.

Bu sahədə terrorçuluqla mübarizə, dənizdə hüquq mühafizə fəaliyyəti vəzifələrinin  yerinə yetirilməsində DTX Daxili İşlər Nazirliyi ilə birlikdə əsas, XKX Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti və digər neft şirkətləri, Dövlət Gömrük Komitəsi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə dəstək tipli dövlət qurumu statusunda çıxış edəcək. Bununla bərabər, dənizdə ərazi bütövlüyünün və suverenliyin qorunması, dənizdə enerji infrastrukturunun mühafizəsi, dənizdə məlumatların toplanması və təhlili, Azərbaycanın ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, Azərbaycan donanmasının səfərbərlik hazırlığının təmin edilməsi vəzifələrinin yerinə yetirilməsində DTX və XKX dəstək tipli dövlət qurumu funksiyasını yerinə yetirəcək. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO