COVİD vaxtı 100 qram – OLAR, OLMAZ?

COVİD vaxtı 100 qram – OLAR, OLMAZ?

Hazırda oxunan: COVİD vaxtı 100 qram – OLAR, OLMAZ?

4664

Adətən çox insan soyuqdəymə və ya qrip olarkən spirtli içkilərin onları xilas edəcəyini düşünürlər. Hal-hazırda COVİD-19 pandemiyasının bəşəri həyatı iflic etdiyi zamanda spirtli içkinin bu xəstəliyə də yaxşı təsir edəcəyini fikirləşirik. 

Koronavirusa tutulduğunuz vaxt 100 qramın sizə kömək edəcəyini düşünməyin. Çünki, alkoqolun zəif düşmüş insan orqanizminə yan təsirləri daha çoxdur. 

Gəlin baxaq:

1. Bədənin immunitetini zəiflədir. Bu da infeksiyanın gedişatına mənfi təsir göstərərək xəstəliyi ağırlaşdıra və daha ciddi fəsadlar ortaya çıxara bilər. Məsələn, bakterial sətəlcəmin olma riskini artırır.

2. Ürək-damar sisteminin işinə mənfi təsir edir. Xüsusilə ürək döyüntüsü ritminin artımına və arterial təzyiqin yüksəlməsinə gətiririb çıxarır. Covid-19 və digər yoluxucu xəstəliklər zamanı onsuz da ürək-damar sistemi əlavə təzyiqə məruz qalır. Buna görə də xəstəlik zamanı alkoqoldan istifadə etmək ürək ritminin ciddi şəkildə pozulmasına və qan dövranının kəskin pozulmasına gətirib çıxara bilər. Bununla da tromboz olma riski də artmış olur.

3. Xəstəlik zamanı qəbul edilən dərmanların təsirini dəyişdirir. Nəticədə dərmanların təsiri gücü azalaraq müalicəni ləngidir.

4. Həzm prosesinin işinə də mənfi təsir edir. Lazımı vitaminlər və mikroelementlər və qida maddələri gec həzm olunur. Məsələn, sinir sisteminin işi və bir çox immunoloji reaksiyanı və qan dövranı sisteminin daha yaxşı işləməsinə kömək olan B12 vitaminin fəaliyyətini pozaraq, mədədə həzmi çətinləşdirir.

Nəticədə belə bir qənaətə gəlmək olar ki, kəskin respiratorlu virus infeksiyaları zamanı alkoqoldan istifadənin effektiv olması fikri sadəcə mifdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, alkoqol COVİD-19 infeksiyası riskini aşağı salmır, ona görə də xəstəlik zamanı alkoqolun istehlakı yolverilməzdir. Onun anti-viral təsiri yoxdur, sadəcə bədənin infeksiyaya qarşı mübarizəsinə mane olur. 

Özünüzü COVİD-19-dan qorumaq istəyirsinizsə, ciddi şəkildə gigiyenik qaydalara əməl edin.

Yusibli Səkinə, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO