Millət vəkili Anar Məmmədov Milli Məclisdən kirayə pulu alması barədə yayılan xəbərlərə təkzib edib.
Bu barədə Bizim.Media-ya açıqlamasında deputatın köməkçisi bildirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin kirayə pulu ödədiyi 9 deputat kimdir? - ADLAR
Xanım köməkçi qeyd edib ki, Anar Məmmədov Bakıda kirayədə qalmır və Milli Məclisdən də kirayə pulu almır.
O, həmçinin bu cür həssas mövzularda medianı daha diqqətli olmağa səsləyib.
“Yaxşı olardı ki, bu cür xəbərlər dəqiqləşdirildikdən sonra tirajlansın. Əsassız xəbərləri yaymaq qeyri etikdir”.
Xatırladaq ki, bu gün mətbuatda bəzi deputatların Bakıda kirayədə qalmaq üçün parlamentdən 220 manat məbləğındə kirayə pulu aldıqları haqqında xəbərlər yayılıb.
Xəbərdə bildirilir ki, Milli Məclisin deputatları Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İskəndərov, Şahin Seyidzadə, Ramil Həsən və Anar Məmmədov Milli Məclisdən hər ay 220 manat məbləğində kirayə pulu alırlar.
Vüsalə Balayeva, Bizim.Media