Qəzalı yataqxanaların təmirinə başlanıldı - VİDEO

Qəzalı yataqxanaların təmirinə başlanıldı - VİDEO

Hazırda oxunan: Qəzalı yataqxanaların təmirinə başlanıldı - VİDEO

46603

Bir müddət öncə Gəncə şəhərində sovet dönəmindən qalan yataqxanaların yararsız vəziyyətdə olması ilə bağlı xüsusi reportaj hazırlanmışdı. Məhz o reportajdan sonra aidiyyəti qurumlar hərəkətə keçib və yataqxanaların ilkin təmir işlərinə başlanılıb. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq. 

İlkin olaraq əsas ehtiyac duyulan istiqamətlər üzrə bərpa işləri görüləcək. Əvvəl binaların daxili, sonra xaricində təmir işləri həyata keçiriləcək. 

Rəsmi statistikaya görə, bu gün ölkənin ikinci böyük şəhərində 19 yataqxana mövcuddur. Bu binaların əksəriyyəti ötən əsrin ortalarında inşa edilib. Belə tikililərdə təxminən 5 mindən artıq sakin yaşayır. 1997-ci ildə iri müəssisələrin özəlləşməyə getməsindən sonra yataqxanalar Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin balansına verilib.

Ətraflı süjeti təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO