Zəfər Paradına tamaşaçı qismində heç kəs buraxılmayacaq

Zəfər Paradına tamaşaçı qismində heç kəs buraxılmayacaq

Hazırda oxunan: Zəfər Paradına tamaşaçı qismində heç kəs buraxılmayacaq

4660

Paradın yayım hüququ AzTv-yə verilib, bütün kanallar onun üzərindən çıxış əldə edəcəklər. Paradda maraqlı çəkiliş məqamlarının olacağı da gözlənilir.

Bizim.Media-nın aldığı məlumata görə, dekabrın 10-da Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə keçiriləcək hərbi parad COVİD-19 yoluxmalarının sayına və təhlükəsizlik məslələrinə görə, vətəndaşların sərbəst tamaşası üçün açıq olmayacaq.

Zəfər paradının çəkilişləri Bakı Media Mərkəzi tərəfindən həyata keçirələcək. 

Bu barədə Bizim.Media-ya Bakı Media Mərkəzinin texniki direktoru Coşqun Qasımov məlumat verib:

“Azaqlıq meydanında keçirləcək “Zəfər” paradına hazırlıq işləri sürətli şəkildə davam edir. Çəkiliş Bakı Media Mərkəzi tərəfindən təmin olunacaq. Yayım hüquqi isə Azərbaycan Dövlət Televiziyasındadır. Çəkiliş xüsusi kameralar və texnika vasitəsilə yüksək səviyyədə həyata keçiriləcək. Onu da bildirim ki, Zəfər paradının çəkilişi həm texniki baxmdan, həm də kreativ üsullara görə əvvəlkilərdən çox fərqlənəcək”, - deyə o bildirib.

O, Zəfər Paradını səsləndirən şəxsin adını da açıqlayıb.

“Hazırda Zəfər paradını səsləndirmək Əməkdar incəsənət xadimi, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaniyə həvalə olunub. Lakin bu dəqiq ad deyil. Ola bilər ki, işin gedişatında şəxsi heyətdə dəyişiklik olsun”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO