Şəhid Orxan Cabbarov Qubanın Şəhidlər Xiyabanında dəfn edildi – FOTO

Şəhid Orxan Cabbarov Qubanın Şəhidlər Xiyabanında dəfn edildi – FOTO

Hazırda oxunan: Şəhid Orxan Cabbarov Qubanın Şəhidlər Xiyabanında dəfn edildi – FOTO

46593

Erməni təxribatı nəticəsində şəhid olmuş gizir Orxan Hətəm oğlu Cabbarov Quba şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində böyük izdiham yaşanıb.

Rayon ictimaiyyəti, sakinlər, hərbçilər, rayon İH və inzibati orqan rəhbərləri şəhid Orxanı böyük ehtiramla son mənzilə yola salıblar.

Şəhidin cənazəsi ata yurdu Davudoba kəndində vidalaşmadan sonra Quba Şəhidlər Xiyabanına gətirilib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himini səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediıib.

Quba İH başçısı Ziyəddin Əliyev  Orxan Cabbarovun cənazəsi bükülmüş Azərbaycan bayrağını şəhidin atası Hətəm Cabbarova təqdim edib, onun əziz xatirəsinin həmişə uca tutulacağını deyib.

Ziyəddin Əliyev çıxışında  bildirib ki, Azərbaycanın Zəfər gününün təmtəraqla qeyd etməsini ermənilər həzm edə bilmədi, bu təxribatı törətdilər:

“Arxayın olun,onların qanı yerdə qalmadı. Cəsur silahdaşları Orxanın və döyüşçü yoldaşlarının qisasını layiqincə aldı”.

Hətəm Cabbarov oğlunun şəhid olmasından qürur duyaraq özünün də lazım gələrsə döyüşə qatılacağını söyləyib.

Dəfn mərasimi Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin açdığı yaylım atəşilə sona çatıb.

Aytəkin Alxaslı, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO