“Kliniki Tibbi Mərkəz”in Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib.
Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya bildirilib ki, onlardan 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib.
MÖVZU İLƏ BAĞLI:
Ata və qızı pomidor turşusundan zəhərləndi, biri öldü
Zəhərlənənlərdən üçü dünyasını dəyişib. Ölənlərdən biri qida (pomidor turşusundan), biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olub.
Alçina Amilqızı, Bizim.Media