Parada görə bəzi avtobusların hərəkət sxemi dəyişdirildi

Parada görə bəzi avtobusların hərəkət sxemi dəyişdirildi

Hazırda oxunan: Parada görə bəzi avtobusların hərəkət sxemi dəyişdirildi

4646

Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi-“28 May” m/st-sı, Nobel prospekti-Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Bizim.Media Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

"Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan Zəfər paradının yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmalarını və əməl etmələrini xahiş edirik. Həmçinin tövsiyə edirik ki, zərurət olmadığı halda şəhər mərkəzi istiqamətində fərdi avtomobillə etməyəsiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO