Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın-Kəlbəcər istiqamətində Azərbaycana qarşı irimiqyaslı təxribatlar həyata keçirib və nəticədə məğlub olub.
Bizim.Media xatırladır ki, Azərbaycan ordusunun həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində düşmənin hücumunun qarşısı alınıb, canlı qüvvə və texnika itkisi verən Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib.
Erməni mediası və fəalları Ermənistan Silahlı Qüvvələrinin 20-yə qədər hərbçisinin öldürüldüyünü, 40-dan çoxunun yaralandığını iddia edirlər.
Qənimət kimi Ermənistan ordusuna məxsus külli miqdarda sursat - iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, çoxlu sayda tank əleyhinə və əl qumbarası, patronlar və digər silahlar götürülüb.
Erməni əsgərlərinin qoyub qaçdığı silahların görüntülərini əks etdirən videonu sizə təqdim edirik:
Bizim.Media