“Zehni və fiziki fəaliyyətlə məşğul olan insanların təqaüdə çıxması eyni yaşda olmamalıdır. Ümumi standartdan mütləq çıxmalıyıq”.
Bizim.Media xəbər verir ki, bu fikirlərlə Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşunda deputat Siyavuş Novruzov deyib.
MÖVZU İLƏ BAĞLI:
Vahid Əhmədovdan Siyavuş Novruzova CAVAB – “İndi danışmaq çox asandır”
Deputat bildirib ki, bu cür həssas mövzuya fərdi yanaşmaq lazımdır.
“Çünki həkim 65 yaşına çatır bir il də tibb fəaliyyətini uzatmaq istəyir. Lakin əksinə ağır fiziki işdə işləyən biri daha tez təqaüdə çıxmaq üçün müraciət edir. Necə ki, hərbçilər, polislərin xüsusi yaşları, iş stajına görə təqaüdə çıxma hüquqları var, adi insanlar da belə imtiyazlardan istifadə etməlidir. Təklif edirəm ki, hamıya fərdi yanaşaq”.
Vüsalə Balayeva, Bizim.Media