7 hərbi qulluqçumuz şəhid oldu, 10 yaralı var - RƏSMİ

7 hərbi qulluqçumuz şəhid oldu, 10 yaralı var - RƏSMİ

Hazırda oxunan: 7 hərbi qulluqçumuz şəhid oldu, 10 yaralı var - RƏSMİ

46391

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyi şəhid olan hərbçilərimizin adlarını açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Təxribat törədən erməni hərbçilər saxlanıldı, xeyli sayda silah-sursat ələ keçirildi


- leytenant Niftəliyev Ümüd Oruc oğlu;

- gizir Cabbarov Orxan Hətəm oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

- əsgər Ağayev Elçin Mərifət oğlu;

- əsgər Əlizadə Elmin Samir oğlu;

- əsgər Əliyev Elçin Ramil oğlu;

- əsgər Xəlilov Murad Qalib oğlu.

Nazirliyin məlumatında döyüşlərdə 10 nəfər hərbi qulluqçumuzun yaralandığı qeyd olunub.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO