Terrorçuluqda təqsirləndirilən daha iki erməninin məhkəməsinin vaxtı bəlli oldu - YENİLƏNİB

Terrorçuluqda təqsirləndirilən daha iki erməninin məhkəməsinin vaxtı bəlli oldu - YENİLƏNİB

Hazırda oxunan: Terrorçuluqda təqsirləndirilən daha iki erməninin məhkəməsinin vaxtı bəlli oldu - YENİLƏNİB

46368

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsinin vaxtı məlum olub.

Bizim.Media-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 23-ü saat 10:30-a təyin edilib.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.
 

*** 09:24

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni terrorçularının hər birinə 6 il həbs cəzası verildi


Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO