Ermənilərin TƏXRİBATI onların qəti MƏĞLUBİYYƏTİ olacaq - Hərbi ekspertdən PROQNOZ

Ermənilərin TƏXRİBATI onların qəti MƏĞLUBİYYƏTİ olacaq - Hərbi ekspertdən PROQNOZ

Hazırda oxunan: Ermənilərin TƏXRİBATI onların qəti MƏĞLUBİYYƏTİ olacaq - Hərbi ekspertdən PROQNOZ

46296

Son günlərdə, istər Azərbaycan-Ermənistan sərhədində, istərsə də Qarabağın sülhməramlıların məsuliyyət zonasına daxil olan ərazilərində erməni yaraqlılarının xüsusi fəallıqları müşahidə olunmaqdadır.

Ələxsus da, Qarabağın ermənilər yaşayan hissəsində terror və revanşizm çağırışları özünü daha qabarıq formada büruzə verir.

Belə ki, erməni mediasında Qarabağda “intiqam” çağırışları, xaricdə yaşayan bəzi “ASALA” terrorçularının bölgəyə gəlməsi və davamlı hücumlarla bağlı xəbərlər də tirajlanmaqdadır.

Digər bir məsələ isə, Şuşada hərbçilərimizə qumbara atan terrorçunun Qarabağ erməniləri tərəfindən qəhrəmanlıq simvolu kimi qələmə verilməsidir. Bu cür təbliğat kampaniyaları və sülhməramlıların fəaliyyətsizliyi isə, yeni təxribatların baş verməsi ehtimallarını daha da artırır. 
 

MÖVZU İLƏ BAĞLI:

MN-dən sərhəddəki döyüş əməliyyatları ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO


Ordumuzun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilərin növbəti terror əməllərinə əl atmaq ehtimalını yüksək qiymətləndirib:

“Təxribatların baş verməsi ehtimalı təbii ki, qalmaqdadır. Bunun əsas səbəbi isə, Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməni silahlılarının hələ də tərksilah edilməməsidir.

Əgər bir yerdə yetərli silah-sursat varsa, onlardan qanunsuz məqsədlərlə istifadə edilməsi də realdır. Eyni zamanda Ermənistanda keçmiş “Qarabağ klanı”nın təsirində olan revanşist qüvvələr Laçın dəhlizi vasitəsilə Qarabağla əlaqəni də mütəmadi olaraq davam etdirirlər.

Digər önəmli nüans isə, müharibə zamanı Qarabağa döyüşmək üçün gələn muzdluların taleyi ilə bağlı, savaşdan sonra hər hansı məlumatın Azərbaycan tərəfinə aydın olmamasıdır. Həmin terrorçularla bağlı hər hansı monitorinq belə aparılmayıb”. 

Hərbi ekspert təxribatlar fonunda sülhməramlıların fəaliyyətsizliyindən də bəhs edib:

“Düşünürəm ki, təxribatlar üçün şərait də yaradılıb. Bundan əlavə əli silahlı ermənilər həm həmin ərazilərdə, həm də Ermənistana qədər silahı şəkildə gedib-gələ bilirlər və heç kim onlara mane olmur. Belə ki, sülhməramlılar erməni yaraqlıların tərksilah edilməsi missiyasını yerinə yetirmirlər, sadəcə müşahidə etməklə yetinirlər.

Onlar müvəqqəti yerləşdikləri bölgələrdə sülhü qorumalı və bu istiqamətdə qabaqlayıcı tədbirlər görməlidirlər. Sülhməramlılar isə, əksinə Şuşada hərbçilərmizə hücum edən terrorçunu heç bir hüquqi əsası olmadan Ermənistana verirlər”. 
 

Ekspert ermənilərin hər hansı təxribat hərəkətlərinin qarşısını almaq üçün lazımi ehtiyat tədbirlərinin görülməsinin vacibliyi məsələsinə də toxunub. Şair Ramaldanovun fikrincə, sözügedən ərazi rus hərbçilərinin nəzarətindədir və bu cür tədbirlər ilk növbədə sülhməramlılar tərəfindən görülməlidir.


Ehtiyatda olan polkovnik, Azərbaycan dövləti tərəfindən hal-hazırda müəyyən tədbirlərin görülməsi istiqamətində işlərin aparıldığını da bildirib. Bundan əlavə ekspert Laçın dəhlizində hərəkətə ciddi şəkildə nəzərət olunmasının tələb edilməsinin vacibliyini də qeyd edib.

Şair Ramaldanovun fikrincə, erməni təxribatlarının Azərbaycan üçün siyasi cəhətdən bir sıra müsbət tərəfləri də mövcuddur:

1. Baş verənlər fonunda Azərbaycan tərəfi öz tələblərini daha ciddi formada irəli sürə bilər.

2. Rusiya tərəfinə sülhməramlıların fəaliyyəti ilə bağlı iradlar daha aydın şəkildə bildirilə bilər.

Bundan əlavə təxribatlar Ermənistan qarşısında Azərbaycanın əlində bir sıra “kozır”ların yaranmasına da gətirib çıxarıb.
 

Belə ki, Bakı Ermənistanla bağlılığı Arşak Karapetyanın Xankəndinə səfəri nəticəsində açıq şəkildə ifşa olunan silahlı dəstələrin təxribatlar törətməsini əsas gətirərək rəsmi İrəvana sülhün təmin olunması istiqamətində təzyiq göstərə bilər.


Eyni zamanda, sülhməramlıların fəaliyyətsizliyi Azərbaycanın haqlı olaraq anti-terror əməliyyatlarına başlaması üçün lazımi zəmin də yavaş-yavaş yaranmaqdadır... 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO