Şəmkirdə DƏHŞƏTLİ QƏZA: Bir ailənin 2 üzvü öldü, 3-ü yaralandı

Şəmkirdə DƏHŞƏTLİ QƏZA: Bir ailənin 2 üzvü öldü, 3-ü yaralandı

Hazırda oxunan: Şəmkirdə DƏHŞƏTLİ QƏZA: Bir ailənin 2 üzvü öldü, 3-ü yaralandı

46289

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə Bayram Həsən oğlu Gözəlov, onun qızı, Aliyə Bayram qızı Gözəlova və daha bir qadın dünyasını dəyişib.

Avtomobil qəzasında ailənin digər üzvləri, Yasin Bayram oğlu Gözəlov, Hüseyn Bayram oğlu Gözəlov və uşaqların nənəsi, Hicran Camal qızı Əliyeva ağır xəsarətlər alıb.

Hadisə zamanı həmçinin daha bir nəfər, Elməddin Orucəli oğlu Zeynalov da müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Cümşüd Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO