Azərbaycanlı boksçu rus rəqibinə şans vermədi - VİDEO

Azərbaycanlı boksçu rus rəqibinə şans vermədi - VİDEO

Hazırda oxunan: Azərbaycanlı boksçu rus rəqibinə şans vermədi - VİDEO

46284

Qeyri-adi sürətinə görə "The Flash" ləqəbini almış peşəkar boksçumuz Fuad Tarverdi növbəti döyüşünü keçirib.

Bizim.Media xəbər verir ki, idmançımız Rusiya Federasiyasını təmsil edən dağıstanlı peşəkar boksçu Azedullah Camaluddinova qalib gələrək aktivinə növbəti xalını yazdırıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "VKB" (Victory For Karabakh) şirkətinin dəstəyi ilə yarışa qatılan idmançımız "Qızıl əlcək" idman klubunu təmsil edir.

Müəllimi əməkdar məşqçi Rəhim Allahverdiyevdir.

Qeyd edək ki, bu yarışda "Qələbə" mahnısı ilə rinqə çıxan boksçumuz Fuad Tarverdi ilk peşəkar döyüşü zamanı Moskvada keçirilən beynəlxalq turnirdə rinqə Şəhid Xudayarın ifa etdiyi "Dastana döndü" mahnısı ilə çıxıb. Həmin vaxt 2 erməni rəqibi onunla döyüşməkdən imtina edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO