Əməkdar artist Qubada DƏFN OLUNDU - FOTO/VİDEO

Əməkdar artist Qubada DƏFN OLUNDU - FOTO/VİDEO

Hazırda oxunan: Əməkdar artist Qubada DƏFN OLUNDU - FOTO/VİDEO

46283

Respublikanın əməkdar artisti Məcnun Hacıbəyov bu gün dəfn olunub.

Bizim.Media xəbər verir ki, 86 yaşında vəfat edən sənətçi doğulduğu Qubanın İkinci Nügədi kənd qəbristanlığında torpağa tapşırılıb.

Mərhumun cənazəsi Quba regional COVİD xəstəxanasından birbaşa dəfn yerinə gətirilib.

Dəfn mərasimində mərhumun övladları, ailə üzvləri, kənd sakinləri, Quba İH-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Quba rayon İcra başçısının 1-ci müavini Tariyel İbrahimov rayon rəhbərliyi adından mərhumun oğluna başsağlığı verib.

Aytəkin Alxaslı, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO