Basqal-Sulut avtomobil yolu istifadəyə verildi - VİDEO

Basqal-Sulut avtomobil yolu istifadəyə verildi - VİDEO

Hazırda oxunan: Basqal-Sulut avtomobil yolu istifadəyə verildi - VİDEO

46267

İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş Basqal-Sulut avtomobil yolu rahat gediş-gəlişi təmin etməklə yanaşı, əhatə etdiyi 11 yaşayış məntəqəsində kənd təsərrüfatı və turizmin inkişafına, yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı yolunun 17-ci km-dən götürən Basqal-Sulut avtomobil yolunun inşası AAYDA tərəfindən aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İsmayıllıda Basqal-Sulut avtomobil yolunun açılışında iştirak etdi - VİDEO


Avtomobil yolunun uzunluğu 30,1 km, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində dörd yeni avtomobil körpüsü də inşa edilib. İki hərəkət zolaqlı yol 4 min nəfər əhalinin yaşadığı Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzeyvə və Sulut kəndlərini birləşdirir.

Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması rahat və təhlükəsiz gediş-gəliş üçün problemlər yaradırdı. Layihəyə uyğun yolun 5-ci dərəcədən 4-cü texniki dərəcəyə təkmilləşdirilməsi bu problemləri geridə qoyub.
 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyu yeni yol yatağı və yol əsası, zəruri olan yerlərdə müxtəlif diametrli yeni suötürücü dairəvi borular inşa edilib, yolun asfaltlanması işləri icra olunub.


Layihənin sonuncu mərhələsində isə avtobus dayanacaqları inşa edilib, yol nişanları, məlumatverici lövhələr quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO