Qəbul imtahanlarında ən çox köçürmə olan rayonların SİYAHISI

Qəbul imtahanlarında ən çox köçürmə olan rayonların SİYAHISI

Hazırda oxunan: Qəbul imtahanlarında ən çox köçürmə olan rayonların SİYAHISI

46260

2021-ci ildə buraxılış imtahanlarında və ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsində imtahan rəhbərləri tərəfindən fəaliyyəti qeyri-kafi və kafi qiymətləndirilən zal nəzarətçiləri sayının həmin rayon üzrə imtahanda iştirak edən nəzarətçilərin ümumi sayına nisbətinə görə Şərur (9,3%), Şəmkir (6,4%), Lerik (5,4%), Ağstafa (5,1%), Qobustan (5,1%), Ağcabədi (5,0%) və Tovuz (4,9%) rayonları mənfi mənada fərqlənirlər.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək - RƏSMİ 


Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin keçirildiyi bəzi rayonlarda – Ağstafa (13,1%), Qazax (7,2%), Şəmkir (11,1%), Ağcabədi (7,5%), Cəlilabad (6,8%), Bərdə (4,7%), Şirvan (4,3%, Salyan (3,8%), Masallı (3,8%), Kürdəmir (3,1%) - köçürmə hallarına və digər təlimat pozuntularına digər rayonlara nisbətən daha çox yol verilmişdir.

Buraxılış imtahanlarının keçirildiyi rayonlar götürüldükdə isə köçürmə hallarına və digər təlimat pozuntularına ən çox Tərtər (2,8%), Şərur (2.3%), Qazax (1,9%), Qobustan (1,7%), Ağcabədi (1,6%), Ağstafa (1,4%), Salyan (1,3%), Yevlax (1,2%), Beyləqan (1,0%) rayonlarının nəzarətçilərinin iştirak etdiyi imtahanlarda rast gəlmək olur.

Bunlardan köçürməyə və digər ciddi qayda pozuntularına yol verdiklərinə görə 141 nəzarətçi bazadan xaric edilmiş, digərlərinə xəbərdarlıq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO