"Davam" Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasına tanışlıq səfəri təşkil olunub.
Bizim.Media xəbər verir ki, Davamçı gənclər ilk olaraq inzibati binada yerləşən Ulu Öndər Heydər Əliyevə həsr edilmiş xatirə muzeyi ilə, sonra isə mülki və cinayət kollegiya, plenum, konfrans və oxu zalları, elektron kitabxana ilə tanış olublar.
MÖVZU İLƏ BAĞLI:
"Davam" "İnkişafın Mərkəzi Buradır!" adlı tədbir keçirildi - FOTOLAR
Tanışlıq səfəri çərçivəsində gənclərə məhkəmənin əsas fəaliyyət istiqamətləri, qarşıda duran prioritet məqsədlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünasları, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.
Bizim.Media